Mandatur Xidmətində dəyişikliklər gözlənilir. 2010-cu ildə tətbiq edilmiş xidmətdə keçiriləcək islahatlar, son zamanlar yetkinlik yaşına çatmayanlar arasında baş vermiş son cinayət faktları ilə əlaqədardır. Mandaturların səlahiyyətləri artır və müvəqqəti dayandırılma menaxizminin tətbiqi planlaşdırılır. Bu isə onu nəzərdə tutur ki, hər hansısa pozuntu baş verdiyi zaman mandatur, müəyyən vaxt ərzində şagirdin tək saxlanılması səlahiyyətinə malik olacaq. Məktəblərin daxili və xarici ərazilərinin video nəzərəti sərtləşdirilir. Qanun layihə mandaturlara şagirdlərin səthi nəzərəti hüququnu da verir. İdarələrarası qrup tərəfindən hazırlanmış layihə ilə insan haqları müdafiəçiləri artıq tanış oldular. Parlamentə göndərilmədən əvvəl qeyri-hökümət sektorunun sənədə qarşı qeydləri var.
Hazırladılar: Mariam Seturidze, Nailə Qocayeva, Huri Əskərova