Manana Kobaxidzenin Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətinə vaxtından əvvəl xitam verilib
Gürcüstanın Konstitusiya Məhkəməsinin hakimi Manana Kobaxidzenin Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətinə vaxtından əvvəl xitam verilib. Məlumatı Gürcüstanın Konstitusiya Məhkəməsi yayır.
“Konstitusiya Məhkəməsinin hakimi xanım Manana Kobaxidzenin, şəxsi ərizəsi əsasında, Konstitusiya Məhkəməsi sədrinin N2 sərəncamı ilə 2026-cı ilin oktyabrın 13-dən Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətinə vaxtından əvvəl xitam verilib. Gürcüstanın Konstitusiya Məhkəməsi ona gələcək fəaliyyətində uğurlar arzulayır” – məhkəmənin məlumatında qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl Konstitusiya Məhkəməsi məhkəmənin üzvü Manana Kobaxidzenin partiyaların qadağan edilməsi ilə bağlı iddianın baxılmasından özünü kənarlaşdırma haqqında vəsatətinin təmin edilmədiyi barədə məlumat yaymışdı.