Mamuka Xazaradze – Zorakılıq kimdən gəlməsindən asılı olmayaraq qəbuledilməzdir, biz bu günkü prosesin təşkilatçılarının bütün cəhdlərini pisləyirik, hansı ki, onlar dinc etirazın nüfuzdan salınmasına çalışırlar
Mamuka Xazaradze – Zorakılıq kimdən gəlməsindən asılı olmayaraq qəbuledilməzdir, biz bu günkü prosesin təşkilatçılarının bütün cəhdlərini pisləyirik, hansı ki, onlar dinc etirazın nüfuzdan salınmasına çalışırlar

Zorakılıq kimdən gəlməsindən asılı olmayaraq qəbuledilməzdir, biz bu günkü prosesin təşkilatçılarının bütün cəhdlərini pisləyirik, hansı ki, onlar ümumxalq dinc etirazın nüfuzdan salınmasına çalışırlar – bunu “Lelo – Güclü Gürcüstan” lideri Mamuka Xazaradze sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, proseslərin eskalasiyasına görə tam məsuliyyət İvanişvilinin rejiminin üzərinə düşür.

“Hakimiyyətin dəyişməsi yalnız seçkilərlə, konstitusion yolla baş verməlidir – biz bu yolu seçmişik və buna qəti şəkildə inanırıq! Zorakılıq qəbuledilməzdir, kimdən gəlməsindən asılı olmayaraq. Bununla yanaşı, proseslərin eskalasiyasına görə tam məsuliyyət İvanişvilinin rejiminin üzərinə düşür. Burada biz bu günkü prosesin təşkilatçılarının bütün cəhdlərini də pisləyirik, hansı ki, onlar ümumxalq dinc etirazın nüfuzdan salınmasına çalışırlar! Ölkə dərin siyasi böhran içindədir – cəmiyyət parçalanmış vəziyyətdədir. Yeganə doğru çıxış yolu dərhal yeni parlament seçkilərinin təyin olunmasıdır,” – deyə Mamuka Xazaradze yazır.