Mamuka Xazaradze - Yerli seçkilərlə bağlı məsələnin 7 ay əvvəl gündəmə gətirilməsi Bidzina və “Gürcü Arzusu”nun diqqəti əsas tələbdən yayındırmaq planıdır
Yerli seçkilərlə bağlı məsələnin 7 ay əvvəl gündəmə gətirilməsi Bidzina və “Gürcü Arzusu”nun diqqəti əsas tələbdən yayındırmaq planıdır – bu haqda “Lelo Gürcüstan üçün” partiyasının liderlərindən biri Mamuka Xazaradze sosial şəbəkədə yazıb.
O bildirib ki, “Lelo Gürcüstan üçün” partiyası üçün bu gün əsas prioritet yeni parlament seçkilərinin təyin edilməsi və siyasi məhbusların azad edilməsidir.
“Yerli seçkilərlə bağlı məsələnin 7 ay əvvəl gündəmə gətirilməsi Bidzina və “Gürcü Arzusu”nun diqqəti əsas tələbdən yayındırmaq planıdır. Yeni parlament seçkilərinin təyin edilməsi və siyasi məhbusların azad edilməsi bu gün bizim əsas prioritetimizdir!” – Mamuka Xazaradze sosial şəbəkədə yazır.
.