Mamuka Xazaradze - Tbilisinin sakinlərinə səslənmək istərdim, Tbilisini Kaxa Kaladzeyə verməməyimiz çox böyük əhəmiyyət kəsb edir, seçkilərə getməmək səsinizi könüllü olaraq “Gürcü Arzusu”na hədiyyə edirsiniz deməkdir
Mən hamıya, Tbilisinin sakinlərinə səslənmək istərdim, Tbilisini “Gürcü Arzusu”na və Kaxa Kaladzeyə verməməyimiz çox böyük əhəmiyyət kəsb edir, seçkilərə getməmək səsinizi könüllü olaraq bu ölkəni çox ağır vəziyyətə salan “Gürcü Arzusu”na hədiyyə edirsiniz deməkdir – bu barədə “Lelo – Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradze deyib.
O bildirib ki, etiraz və seçkilər bir-birinə maneə olmur.
“Vəzifəmiz Tbilisidə və onun hüdudlarından kənarda majoritar namizədlərimizin və ortaq namizəd İrakli Kupradzenin apardığı seçki kampaniyasını sona qədər aparmaqdır. Qapı-qapı kampaniyası uğurla həyata keçirilib. Siz bilirsiniz ki, atmosfer çox gərgindir, lakin mən hamıya, Tbilisinin sakinlərinə səslənmək istərdim, Tbilisini “Gürcü Arzusu”na və Kaxa Kaladzeyə verməməyimiz çox böyük əhəmiyyət kəsb edir. Seçkilərə getməmək səsinizi könüllü olaraq bu ölkəni çox ağır vəziyyətə salan “Gürcü Arzusu”na hədiyyə edirsiniz deməkdir. Etiraz və seçkilər bir-birinə maneə olmur. Mənim xahişimdir, seçkilərə gəlin və ümumi namizədə, İrakli Kupradze və bizim majoritar namizədlərə səs verin ki, “Gürcü Arzusu” partiyasına Gürcüstanın bütün bələdiyyələrini ələ keçirməyə imkan verməyək. Bu çox vacibdir, bütün mübarizə üsullarından istifadə olunmalıdır” – Mamuka Xazaradze bildirib.