Mamuka Xazaradze seçkilərin saxtalaşdırılması ilə bağlı dəlilləri prokurorluğa deyil, magistrat hakimə təqdim edəcəyini bildirir
Mamuka Xazaradze seçkilərin saxtalaşdırılması ilə bağlı dəlilləri prokurorluğa deyil, magistrat hakimə təqdim edəcəyini bildirir

 
Mən prokurorluğa getməyəcəyəm, ifadənin alınması magistrat hakimin yanında olacaq, ölkəmizdəki kütləvi saxtalaşdırmanı sübut edən dəlilləri təqdim edəcəyəm – bu haqda “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze bildirib.

O, “Gürcü Arzusu”nun prokurorluq vasitəsilə insanlarda qorxu yaratmağa çalışdığını deyib.

“Seçkilər Bidzina İvanişvilinin rus xüsusi əməliyyatı ilə qəddarcasına qəsb edilib. İndi sovet prokurorluğu vasitəsilə sanki insanlarda qorxu yaratmaq istəyirlər. Onlara birbaşa demək istəyirəm ki, qəsb edilən və hüquq-mühafizə orqanlarının da qarışdığı seçkilərdə, təkcə insanlar deyil, onların bəziləri kapitan adlanır, bəziləri isə başqa ad, bütün bu insanlardan qanunla çox ciddi məsuliyyət tələb olunacaq. Bu dövr mütləq gələcək.

Prokurorluğa şahid qismində çağırılmağım ilə əlaqədar bu gün aldığım zəngə gəlincə, təbii ki, mən prokurorluğa getməyəcəyəm, ifadənin alınması magistrat hakimin yanında olacaq, ölkəmizdəki kütləvi saxtalaşdırmanı sübut edən dəlilləri təqdim edəcəyəm. Beləliklə, biz bütün tribunalardan istifadə edəcəyik. İstər küçə, aksiya, diplomatlarla görüş, sənədlər toplamaq, qəhrəman hakimlərin meydana çıxması və onlara dəstək göstərilməsi olsun hər kəsi bütün platformalardan istifadə etməyə çağırıram. Gürcüstanda bu eybəcər sistemi, rus hakimiyyətini məğlub etmək üçün hər şeyi etməliyik” – Xazaradze bildirib.