Mamuka Xazaradze - Rus rejiminə qarşı mütləq qələbə ilə başa çatacaq mübarizədə mənim dəstəyim Zurayadır
Mamuka Xazaradze - Rus rejiminə qarşı mütləq qələbə ilə başa çatacaq mübarizədə mənim dəstəyim Zurayadır

 

Rus rejiminə qarşı mütləq qələbə ilə başa çatacaq mübarizədə mənim dəstəyim Zurayadır – bu barədə “Lelo”nun lideri Mamuka Xazaradze sosial şəbəkədə yazır.

“Zura mənim üçün ədalət və dostluğun nümunəsidir!

Rus rejiminə qarşı mütləq qələbə ilə başa çatacaq mübarizədə mənim dəstəyim Zurayadır!

Caparaya azadlıq! Siyasi məhbuslara azadlıq! Sona qədər mübarizə!” – Mamuka Xazaradzenin “Facebook” paylaşımında qeyd olunub.

“Dəyişiklik Naminə Koalisiyası”nın liderlərindən biri Zurab Qirçi Caparidze barəsində təyin edilmiş girov həbs qətimkan tədbiri ilə əvəz olundu. Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Şvanqiradze qəbul edib. Zurab Caparidzeni məhkəmənin iclas zalındaca saxlayıblar.
Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb girovun ödənilməməsi olub.