Mamuka Xazaradze - Prokurorluqdan mənimlə əlaqə saxladılar, əlbəttə, məni saxlamaq istəyirlər, məhkəmə hakiminin yanına gəlməyə hazıram
Mamuka Xazaradze - Prokurorluqdan mənimlə əlaqə saxladılar, əlbəttə, məni saxlamaq istəyirlər, məhkəmə hakiminin yanına gəlməyə hazıram

 

Prokurorluqdan mənimlə əlaqə saxladılar, şahid qismində gəl deyirlər. Nəyin şahidiyəm?! Sirk tamaşasında iştirak etmədiyimə görə? Məni saxlamaq istəyirlər, məhkəmə hakiminin yanına istənilən vaxt gəlməyə hazıram – bu haqda “Lelo Gürcüstan Naminə”nin lideri Mamuka Xazaradze sosial şəbəkədə yazır.

Mamuka Xazaradze deyib: “Qəsdən və tam dərk edərəkdən tanınmamış parlamentdə istintaq komissiyasının iclasına getməyib”.

“Prokurorluqdan mənimlə əlaqə saxladılar, şahid qismində gəl deyirlər. Olduqca maraqlıdır, nəyin şahidiyəm?! Sirk tamaşasında iştirak etmədiyimə görə? Əlbətdə, məni saxlamaq istəyirlər. Məhkəmə hakiminin yanına istənilən vaxt gəlməyə hazıram.

Bir daha deyirəm, qəsdən və tam dərk edərəkdən tanınmamış parlamentdə, naməlum komissiyaya getməmişəm, lakin məhkəmənin Bidzinanın Murusidzesi tərəfindən idarə olunmasına baxmayaraq, sizi maraqlandıran istənilən hadisəni hətta bu məhkəmədə belə müzakirə etməyə hazıram” – Mamuka Xazaradze yazır.

Gürcüstan Parlamentinin “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın iclasına gəlmədiyi üçün Mamuka Xazaradzenin işi martın 25-də prokurorluğa göndərilib. Prokurorluqdan Gürcüstanın Birinci Kanalına bildiriblər ki, qurum Mamuka Xazaradzenin işi üzrə Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə istintaqa başlayıb.