Mamuka Xazaradze - Mən biznesə müraciət etmək istəyirəm, xəbərdarlıqedici, iki saatlıq da olsa tətil təşkil edək, eyni vaxtda hamı müəssisəni dayandırsın, bir yazı - tətil elan etdik - yazısı ilə çölə çıxsın
Mən biznesə müraciət etmək istəyirəm, xəbərdarlıqedici, iki saatlıq da olsa tətil təşkil edək, eyni vaxtda hamı müəssisəni dayandırsın, bir yazı – tətil elan etdik – yazısı ilə çölə çıxsın – bu haqda “Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze sosial şəbəkədə yazır.
Onun qiymətləndirməsinə əsasən, bu, hakimiyyət üçün xəbərdarlıqedici, ciddi düşündürücü hərəkət olacaq.
“2000 təşkilat və biznes şirkəti birlikdə dayansa və böhranı aradan qaldırmaq üçün siyasi məhbusların azad edilməsini və yeni seçkilərin keçirilməsini tələb etdiyini söyləsə, bu, sadə birlik deyil. Yeni biznes ictimaiyyəti doğuldu – həmişə ayağa qalxaraq, öz sözünü deyən azad, mübariz.
Buradaca, mən birbaşa biznesə müraciət etmək istəyirəm ki, xəbərdarlıqedici, iki saatlıq da olsa tətil təşkil edək. Eyni vaxtda hamı öz müəssisəsini dayandırsın, bir yazı – tətil elan etdik – yazısı ilə çölə çıxsın. Bu, hakimiyyət üçün xəbərdarlıqedici, ciddi düşündürücü hərəkət olacaq, çünki növbəti tətil artıq fərqli ola bilər.
Bütün güc ələ alınmalıdır, çünki bu insanlar, eynilə dırnaqarası baş nazir biznesin vergilərindən pul alır və “ürəyinin başında” gəzdirmək əvəzinə gələrək səni hədələyir. Hələ bu prosesdə iştirak etməyən iş adamlarına səslənirəm, dostlar, mən heç kimə heç nəyi məcbur etmirəm, amma sonra çox gec olmasın, çünki söhbət sizin şirkətin rifahından getmir, söhbət ölkəmizin sabahkı günündən gedir” – Xazaradze yazır.