Mamuka Xazaradze - İstənilən namizədlik və ya namizədliklər seçkilərdən sonra müzakirə edilməlidir, prezidentlə görüşdə heç bir namizədlik haqda söhbət olmayıb
Mamuka Xazaradze - İstənilən namizədlik və ya namizədliklər seçkilərdən sonra müzakirə edilməlidir, prezidentlə görüşdə heç bir namizədlik haqda söhbət olmayıb

 
Bizim “Güclü Gürcüstan”ın mövqeyi olduqca dəqiqdir, bu ölkədə hakimiyyət gürcü xalqına məxsusdur. Ona görə də, biz hesab edirik ki, istənilən namizədlik və ya namizədliklər seçkilərdən sonra müzakirə edilməlidir və biz bunu çox açıq şəkildə dedik – bu haqda “Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze Orbelianebi sarayında koalisiya liderləri ilə Salome Zurabişvili arasında keçirilən görüşdən sonra jurnalistlərə deyib.

Xazaradze, bugünkü görüşdə heç bir namizədliklərlə bağlı söhbətin aparılmadığını bildirib.

“Əsas diqqəti inamlı qələbə qazanmağa və ölkəni Avropa kursuna qaytarmağa yönəltməliyik. Namizədlərin müzakirəsi olmayıb. Biz qəti şəkildə inanırıq ki, bu ölkədə seçkilər və onların nəticələri xalqa məxsusdur. Seçkilərin nəticəsində bütün digər məsələlər xartiya çərçivəsində müzakirə olunmalıdır. Siyasətçilərin seçkilərdən əvvəl bu və ya digər vəzifəli şəxslərin təyin edilib-edilməməsinə qərar verməsi gərəkdiyini hesab etmirik. Hakimiyyət gürcü xalqına məxsusdur, onların seçimi alidir. Hələ oktyabrın 26-nı gözləməliyik. Qalib gələk, sülh yolu ilə bu qələbəyi rəsmiləşdirək və müvafiq olaraq xartiya çərçivəsində, bu hakimiyyətin təhvil verilməsinin və yeni tərkibin formalaşmasının təminatçısı kimi prezident əsas fiqur olacaq. Bu, müxalifət partiyaları ilə Salome Zurabişvilinin birgə qərarı olacaq. Xartiyada yazıldığı kimi, o, böyük rol oynayacaq. Bu, bizim mövqeyimizdir, biz bu mövqeyi onunla bölüşdük və bu mövqeyi dəyişməyəcəyik” – Mamuka Xazaradze bildirib.