Mamuka Xazaradze - Həbsimin nəsə narahatlığa səbəb olacaq qədər özümü vacib fiqur hesab etmirəm, lakin nümunə olacaq ki, qəbul edilməməli olan şeyə uyğunlaşmaq olmaz
Mamuka Xazaradze - Həbsimin nəsə narahatlığa səbəb olacaq qədər özümü vacib fiqur hesab etmirəm, lakin nümunə olacaq ki, qəbul edilməməli olan şeyə uyğunlaşmaq olmaz

 

Çox təvazökarlıqla deyəcəyəm, həbsimin nəsə narahatlığa səbəb olacaq qədər özümü vacib fiqur hesab etmirəm, lakin daha bir nümunə olacaq ki, qəbul edilməməli olan şeyə uyğunlaşmaq olmaz və qalxan və qılıncı buraxmaq olmaz – bu haqda “Lelo” partiyasının lideri Mamuka Xazaradze media ilə görüşdə suala cavab olaraq deyib.

Bununla yanaşı, jurnalist Xazaradzeyə məhkəməyə getməsi ilə bağlı müraciət edib: “Sizi həbs edəcəklərini gözləyirsinizmi, yoxsa yox? Təsəvvür edirəm ki, həbs oluna bilərsiniz, ola bilsin artıq çıxa bilməyəsiniz”, bu suala Mamuka Xazaradze cavabında qeyd edib : “Eşitdim, gedirəm, axı nə edim. Əlbəttə, bilərəkdən. Nə bilet almışam, nə də kimsədən bir şey xahiş etməyə çalışıram”.

Bununla yanaşı, Mamuka Xazaradzenin qeyd etdiyi kimi, sona qədər mübarizə aparacaq.

“Biz qərar vermişik, istər həbsxanada, istərsə də həbsxana xaricində olaq, mübarizə sona qədər olacaq” – Mamuka Xazaradze bildirib.

Gürcüstan Parlamentinin “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın iclasına gəlmədiyi üçün Mamuka Xazaradzenin işi prokurorluğa göndərilib. Xazaradzenin martın 26-da sosial şəbəkədə yazdığı kimi, məhkəmə hakiminin yanına getməyə hazırdır.