Mamuka Xazaradze – Gürcüstan xalqı müdrikdir, biz mütləq ailənin ləyaqətinin və bir çox şeyin qorunacağı azad bir cəmiyyət quracağıq

12:37, 04.07.2021

Hər bir insanın ifadə azadlığı olmalıdır və dövlət hər hansı bir insanı şiddətdən qorumağa borcludur, – bu barədə “Lelo” lideri Mamuka Xazaradze, “Tbilisi Pride” Həftəsi ilə bağlı bəyan etdi.

Xazaradze Patriarxlığın bəyanatına da cavab verdi.

“Gürcüstanın konstitusiyası var, diskriminasiyaya qarşı qanun var. Bütün insanlar ifadə azadlığına sahib olmalıdırlar və dövlət hər hansı bir insanı zorakılıqdan qorumaq məcburiyyətindədir.

Hər kəsin bəyənmədiklərinə etiraz etmək hüququ var. Lakin bütün bunlar qanun çərçivəsində olmalıdır. Patriarxlığın bəyanatına gəldikdə, bu ölkədə hər kəs ifadə azadlığına sahib olmalıdır. Məncə Gürcüstanda sağlam həyat tərzini gücləndirməli, çoxuşaqlı ailələrə dəstək olmalıyıq, çox ciddi işləməliyik, çoxuşaqlı anaların problemi də var. Ailə təbliğatı sabahımızın əsas hissələrindən biri olmalıdır.

Düşünmürəm ki, partiyalar bu işdə iştirak etməlidirlər. Biz bu işdə iştirak etməyəcəyik. Mən nəyisə sevmirəmsə, bu demək deyil ki, kiməsə qarşı zorakılıq etməliyəm. Dövlət mövcuddur və hər hansı bir mübahisənin və zorakılığın qarşısını almaq üçün hüquq-mühafizə orqanları var. Gürcüstan xalqı müdrikdir. Biz mütləq ailənin ləyaqətinin və bir çox şeyin qorunacağı azad bir cəmiyyət quracağıq ”, – deyə Xazaradze qeyd etdi.

Tbilisi Pride Həftəsi Gürcüstanda 5 iyulda başa çatacaq.

Eyni zamanda, Gürcüstan Patriarxlığı dünən bəyanat yaydı, bəyanatda qeyd olundu ki, “Pride-nin məqsədi gələcək nəslin şüuruna zərər verən azğın bir həyat tərzini təbliğ etməkdir”.

“5 iyul tarixində saat 17: 00-da Müqəddəs Kaşueti toplanaq. Gəlin kilsədə dua edək və dünyaya öz ləyaqətimizi qoruduğumuzu göstərək”, – deyildi bəyanatda.

Oxşar