Mamuka Xazaradze - Gündəlik olaraq faktların toplanılması gedir, bu gün prezidentlə görüşməyi planlaşdırırıq, yeni seçkilərə nail olana qədər hər şey davam edəcək
“Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradzenin bəyanatına əsasən, müxalifət partiyalarının liderləri bu gün Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə görüş keçirəcəklər.
Bu haqda Xazaradze müxalifət partiyalarının liderləri ilə görüşdən əvvəl jurnalistlərə deyib.
Onun izahına görə, gündəlik olaraq seçkilərin saxtalaşdırılması faktlarını toplayırlar.
“Güclü Gürcüstan”ın liderinin izah etdiyi kimi, görüşlər, faktların toplanması və digər fəaliyyətlər müxalifət yeni seçkilərin təyin olunmasına nail olana qədər davam edəcək.
“Görüşlər davam edəcək, koordinasiya çox vacibdir. Prezidentlə görüş planlaşdırmışıq. Biz yeni seçkilərə nail olana qədər hər şey davam edəcək. Biz çoxlu məsələlərdən keçirik – əcnəbilərlə münasibətlər, seçicilərlə münasibətlər, gündəlik olaraq daxil olan faktları toplayırıq” – Mamuka Xazaradze bildirib.