Mamuka Xazaradze - Etiraf edirəm, müxalifət səhv etdi, elektron seçkilər bizi yanıltdı, seçkilər səslərin hesablanması başlamadan saxtalaşdırıldı
Mamuka Xazaradze - Etiraf edirəm, müxalifət səhv etdi, elektron seçkilər bizi yanıltdı, seçkilər səslərin hesablanması başlamadan saxtalaşdırıldı

 

Şəxsən etiraf edirəm ki, müxalifət səhv etdi, elektron seçkilər bizi yanıltdı, çünki, seçkilər səslərin hesablanması başlamadan saxtalaşdırıldı – bu haqda “Lelo”nun lideri Mamuka Xazaradze media nümayəndələri ilə görüşdə deyib.

Xazaradze bildirib ki, yeni administrasiya və yeni qaydalarla yeni seçkilər keçirilməlidir ki, saxtalaşdırılma mümkün qədər istisna edilsin.

“Təyin olunacaq istənilən yeni seçkilər, parlament seçkilərindən söz gedir, əminəm ki, gürcü xalqı qalib gələcək və ölkəni, Bidzina İvanişvilinin özünün rus hakimiyyəti və mentaliteti ilə ölkəmizin və vətəndaşlarımızın əlindən aldığı kursa salacaq” – Xazaradze bildirib.

Bununla yanaşı, Xazaradze qeyd edib ki, “Müxalifət partiyaları yaxşı vəziyyətdə deyil, bəzən impuls yüksəlir, bəzən isə yox, bu isə adi bir haldır, amma kütləvi saxtalaşdırmalara baxmayaraq, bütün böyük şəhərləri hakimiyyətdən alan gürcü xalqı yaxşı vəziyyətdədir”.

Eyni zamanda, Mamuka Xazaradze milli müqavimət cəbhəsinin yaradılmasının zəruriliyindən danışıb.

“Bu, seçki həddini aşan və qalib gələn dörd koalisiyadan daha çox şeydir. Biz bu ölkədə rejimi dəyişmək istəyən siyasi partiyaların birləşəcəyi milli müqavimət cəbhəsi yaratmalıyıq” – Mamuka Xazaradze bildirib.