Mamuka Xazaradze - Bu gün özünüidarəetmə seçkilərindən danışmaq həbsdə olan və yeni seçkilər tələb edən insanlara xəyanətdir
Bu gün özünüidarəetmə seçkilərindən danışmaq həbsdə olan və yeni seçkilər tələb edən insanlara xəyanətdir – bu haqda “Lelo Gürcüstan” partiyasının liderlərindən biri Mamuka Xazaradze bildirib.
O, özünüidarəetmə seçkilərinin Bidzina İvanişvilinin marionetləri tərəfindən ortaya atılan məsələ olduğunu söyləyib.
“Özünüidarəetmə seçkilərindən danışmaq Bidzina İvanişvilinin marionetləri tərəfindən diqqəti və söhbəti başqa mövzuya yönəltmək üçün ortaya atılan məsələdir. Bu gün bu mövzudan danışmaq bu gün həbsdə olan və yeni seçkilər tələb edən insanlara xəyanətdir. Mən hamını bütün diqqəti yeni seçkilərə, məhbuslarımızı, Bidzina İvanişvilinin şəxsi məhbuslarını azad etməyə yönəltməyə çağırıram” – Xazaradze deyib.