Mamuka Xazaradze bəyan edir ki, hədə məktubunu Giorgi Qaxariyadan aldı
Mamuka Xazaradze bəyan edir ki, hədə məktubunu Giorgi Qaxariyadan aldı

“TBC Bankın” təsisçisi Mamuka Xazaradze bəyan edir ki, hədə məktubunu Daxili İşlər naziri, Giorgi Qaxariyadan aldı.

Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi. “Məktub barəsində daha təfərrütlı bilmək istəyirəm. Yüksək vəzifəlinin soyadını deyib deməyəcəyinizə özünüz qərar verməlisiniz, lakin sizdən nə tələb edirdilər, onu deyəsiniz”, – Nadiraşvili soruşdu.

“TBC Bankın” təsisçisinin dediyinə görə, məktubu Daxili İşlər naziri, Giorgi Qaxariyadan aldı.

“Biz həqiqətən siyasətçilər deyilik və bizə sensasiyalar lazım deyil. Həqiqətən siyasi debatlara qoşulmaq istəmirik, çünki kifayət qədər önəmli işlə görürük. Məktub Daxili İşlər naziri, cənab Giorgi Qaxariya tərəfindən yazılmışdır. Bu, hədə-qorxu tərkibli məktub idi”, – Mamuka Xazaradze bəyan etdi.

“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi.