Mamuka Xazaradze – 2 oktyabrda xalq 30 illik birpartiyalı hakimiyyətə son qoyacaq, bu önşərt olacaq ki, gələn il mütləq növbədənkənar seçkilər təyin olunacaq
2 oktyabrda xalq 30 illik birpartiyalı hakimiyyətə Gürcüstanda son qoyacaq, bu önşərt olacaq ki, gələn il mütləq növbədənkənar seçkilər təyin olunacaq, tamamilə proporsional seçkilər və biz Avropa tipli koalisiya hakimiyyətinə keçəcəyik, – bu barədə “Lelo” partiyasının lideri, Mamuka Xazaradze bəyan etdi.
Onun dediyinə görə, İrakli Ğaribaşvili və hakim komandanın başqa üzvləri, ölkədə bir çox problemin oluğu zaman, paralel aləmdə yaşayırlar.
“Hamıya hündürdən demək istəyirəm, 2 oktyabr çox önəmli gündür. Həmin günü xalq 30 illik birpartiyalı hakimiyyətə Gürcüstanda son qoyacaq. Bu önşərt olacaq ki, gələn il mütləq növbədənkənar seçkilər təyin olunacaq, tamamilə proporsional seçkilər və biz Avropa tipli koalisiya hakimiyyətinə keçəcəyik.
Baş nazir, eləcə də başqa üzləri arzulardadılar. Onlar elə bilirlər ki, iqtisadiyyat qaynayır, kminal yoxdur və ölkədə hər şeuy yaxşıdır. Real olaraq onlar paralel aləmdə yaşayırlar. Ölkəmizdə bir çox problem var. Bu cür siyasi müqavilədən çıxa bilmirlər. Bu böyük razılaşmadır, hansı da altı aylıq boykotdan sonra baş verdi. Şarl Mişelin razılaşmasına bütün Avropa dostluğu, yüksək səviyyəli siyasətçilər və müxalifət spektri, gürcü xalqı qoşulub. Burada Ğaribaşvilinin dediyiin heç bir əhəmiyyəti yoxdur. Bu məsləni gürcü xalqı həll edir. Söz verirəm, bir vətəndaş kimi, hər çeyi edəcəm ki, “Gürcü Arzusu” 42 faizi götürə bilməyən kimi, gələn il növbədənkənar seçkilər olacaq”, – Xazaradze bəyan etdi.