Mamuka Mdinaradze - Zurabişvilini konstitusiyanı başımıza keçirdiyinə görə bağışlamağı planlaşdırmırıq, konstitusiya çoxluğu ilə qalib gəldikdən sonra o, sabiq deyil, istefaya göndərilmiş prezident olacaq
Mamuka Mdinaradze - Zurabişvilini konstitusiyanı başımıza keçirdiyinə görə bağışlamağı planlaşdırmırıq, konstitusiya çoxluğu ilə qalib gəldikdən sonra o, sabiq deyil, istefaya göndərilmiş prezident olacaq

 
Zurabişvilini konstitusiyanı başımıza keçirdiyinə görə bağışlamağı planlaşdırmırıq, konstitusiya çoxluğu ilə qalib gəldikdən sonra o, sabiq deyil, istefaya göndərilmiş prezident olacaq – bu haqda “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze sosial şəbəkədə yazır və Salome Zurabişviliyə qarşı impiçment prosedurunun yenidən başladılmasına münasibət bildirir.

Mdinaradze, Salome Zurabişvilinin onu dəstəkləyən bir milyondan çox insanı aldatdığını bildirib.

“Salome Zurabişvili aldatdı və bizim xahişimizlə onu dəstəkləyən bir milyondan çox insanı atdı (jarqon üçün üzr istəyirəm). İndi biz onların hər birinə cəsarətlə müraciət edə bilərik – sizi atdığına və Gürcüstanın Konstitusiyasını başımıza keçiridiyinə görə onu bağışlamağı planlaşdırmırıq. Konstitusiya çoxluğu ilə qalib gəldikdən sonra Zurabişvili sabiq deyil, istefaya göndərilmiş prezident olacaq.

P. S. Şalva Papuaşvilinin brifinqi zamanı “Natsmedia”nın səsləndirdiyi ilk əks-arqumentin bolşevik olduğu üzə çıxdı: onların fikrincə, sən demə məqsəd vasitələrə haqq qazandırır və Qərblə münasibət Gürcüstan Konstitusiyasının kobud şəkildə pozulması və dövlətin təhqirindən keçir. Əksinə, yalnız sülhlə, yalnız ləyaqətlə, yalnız firavanlıqla, yalnız Avropaya doğru” – Mamuka Mdinaradze yazır.

Parlament çoxluğu Salome Zurabişviliyə qarşı impiçment prosedurunun yenidən başladılması haqda qərar qəbul edib.