Mamuka Mdinaradze – Zurabişvili elə aqoniya yaşayır ki, ola bilsin desin, polislər, əsgərlər mən sizi yeganə qanuni təsisatı qorumağa çağırıram, indi buna zəmin hazırlayırlar

17:35, 12.12.2024

 

Salome Zurabişvili elə aqoniya yaşayır ki, ola bilsin çıxsın və desin, polislər, əsgərlər, dövlət məmurları mən sizi yeganə qanuni təsisatı qorumağa çağırıram, indi buna zəmin hazırlayırlar – bu haqda “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze jurnalistlərə açıqlayıb.

Mdinaradze deyib ki, heç nə istisna edilmir.

“Ola bilsin bu çılğınlığı da etsin, elə aqoniya yaşayır və hər şeydən o qədər çıxıb ki. Elə ağır emosional vəziyyətdədir ki, ola bilsin hətta bunu da etsin, lakin mən təsəvvür edə bilmirəm, Salome Zurabişvili öz stulundan yapışsın və kimsə barmaqlarını açsın – Salome, əlini bundan çək, yaramır. Nə bilim” – Mdinaradze bildirib.

Oxşar