Mamuka Mdinaradze - Tornike Rijvadze Acara üçün çox şey edib, heç kim onu korrupsiyada, üstəlik də narkotacirlərə himayədarlıq etməkdə ittiham etməyib, belə bir şey “Milli Hərəkat” mediası tərəfindən gəlib
Mamuka Mdinaradze - Tornike Rijvadze Acara üçün çox şey edib, heç kim onu korrupsiyada, üstəlik də narkotacirlərə himayədarlıq etməkdə ittiham etməyib, belə bir şey “Milli Hərəkat” mediası tərəfindən gəlib

 

Heç kim Tornike Rijvadzeni korrupsiyada, üstəlik də narkotacirlərə himayədarlıq etməkdə ittiham etməyib, belə bir şey, ictimai şəkildə də görmüşük, “Milli Hərəkat” mediası və “Milli Hərəkat” jurnalistləri tərəfindən gəlib – bu barədə “Gürcü Arzusu”nun icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze jurnalistlərə deyib.

Mdinaradzenin qeyd etdiyi kimi, Tornike Rijvadze Acara üçün çox şey edib.

“Nodar Meladzeni Tornike Rijvadze ümumiyyətlə maraqlandırmır, “TV Pirveli”nin dediyi, onların Tornike Rijvadzeyə etdikləri və xüsusilə vurğulayıram onun boynuna yıxdıqları, həqiqətən əzbər şəkildə yadımda deyil, bu cür qəzəbli insanlara əlbəttə, cavab verəcəyəm və axşama qədər çalışacam, göndərəcəyik və axşama qədər dərc edəcəyik. Ümumiyyətlə, “Milli Hərəkat” mediasının Tornike Rijvadzenin boynuna yıxdığı hər şeyi göndərəcəyik.

Tornike Rijvadze komandamızda çox iş görmüş və Acara üçün həqiqətən də çox işlər görmüş insandır. Heç kim onu korrupsiyada ittiham etməyib. Üstəlik, məktubda yazdıqları və görünür, onun məktubudur, heç kim onu narkotacirlərə himayədarlıq etməkdə ittiham etməyib. Belə bir şey, ictimai şəkildə də görmüşük, “Milli Hərəkat” mediası və “Milli Hərəkat” jurnalistləri tərəfindən gəlib” – Mamuka Mdinaradze bildirib.