Mamuka Mdinaradze - Tatunaşvili-Otxozoria siyahısı hazırdır və onu parlamentə yeni iqtidar tərkibi təqdim edəcək
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin məlumatına görə, Tatunaşvili-Otxozoria siyasıhı hazırdır və onu parlamentə yeni iqtidar tərkibi təqdim edəcək.
Mdinanaradzenin jurnalistlərə bəyan etdiyinə görə, qeyd olunan siyahının parlamentə təqdim edilməsinin texniki və formal səbəbi var.
“Yeni iqtidar tərkibi ilk hökümət iclasında qeyd olunan siyahıyı təsdiqləyəcək. Əlbəttə ki, siyahı indiyə qədər hazırlanıb, təqdim edilməli idi, ancaq baş verən siyasi hadisələrə görə, bu mümkün olmadı”, – dedi Mdinaradze.
“Avropalı Gürcüstan” fraksiyasının lideri Sergi Kapanadze bəyan etmişdi ki, Gürcüstan iqtidarı Otxozoria-Tatunaşvili siyahısını bu vaxta qədər təqdim etməyib, halbuki parlament icraçı iqtidara siyahıyı iyunun 15-nə qədər təqdim etməyi tapşırmışdı.