Mamuka Mdinaradze – Son dövrdə, xüsusilə Mərkəzi Asiya ölkələri ilə qurduğumuz əlaqələr Gürcüstanın müstəqillik səviyyəsinin gücləndirilməsinə və regiondakı mövqelərinin möhkəmlənməsinə xidmət edir

14:15, 17.07.2026

“Biz Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Türkmənistanla münasibətlərin dərinləşdirilməsinə xüsusi diqqət yetiririk. Türkmənistanla artıq 24-ə yaxın müxtəlif mühüm sənəd və memorandum imzalanıb”, – bunu Baş nazirin müavini, hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

Mamuka Mdinaradzenin qiymətləndirməsinə görə, bütün sahələrdə əməkdaşlıq, xüsusilə də iqtisadi təhlükəsizliyin təmin olunmasına yönəlmiş əməkdaşlıq çox vacibdir və bu istiqamətdə işlər davam etdiriləcək.

“Düşünürük ki, Mərkəzi Asiya ölkələri ilə son dövrdə qurduğumuz münasibətlər məhz buna xidmət edir. Və bunu təsadüfən demirəm: bu əlaqələr hərtərəfli şəkildə Gürcüstanın müstəqillik səviyyəsinin gücləndirilməsinə və regiondakı mövqelərinin möhkəmlənməsinə xidmət edir”, – deyə Mamuka Mdinaradze bildirib.

Oxşar