Mamuka Mdinaradze – Saakaşvili gəlməyini 37 dəfə bəyan etdi, bu “Gürcü Arzusu” üçün təhlükəni təşkil etmir
Mixeil Saakaşvilinin vədi “Gürcü Arzusuna” səsləri artırmasa, heç nəyi azaltmayacaq, – bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri, Mamuka Mdinaradze Gürcüstanın kemiş prezidenti, Mixeil Saakaşvilinin Gürcüstana gəlməsi barəsində bəyanatı haqqında bildirdi.
“Bu Saakaşvilinin Gürcüstan gəlməsinin 37-ci elanıdır, bu “Gürcü Arzusu” üçün təhlükəni təşkil etmir. Bu insan özünü satır. Onun partiyası nə qədər pis vəziyyətə düşdüsə, bir o qədər gəlməsi barəsində bəyan edir. Lakin gələ bilmir. Gəsə pis olmayacaq, çünki ədalət icra olunacaq və həbsxanada onun tikdiyi və tədbiq etdiyi ənənələrdən fərqli olaraq, onunla başqa cür davranacaqlar, çünki demokratiya başqa cür tələb edir. O, heçkimin işgəncə vermıdiyi məhbus olacaq, hüquqlarını məhdudlaşdırmayacaqlar, yaxşı kamerada oturacaq və onun hakimiyyəti zamanı və demokratik hakimiyyət arasında olan fərqi başa düşəcək. Mixeil Saakaşvilinin vədi “Gürcü Arzusuna” səsləri artırmasa, heç nəyi azaltmayacaq”, – Mdinaradze bəyan etdi.