Mamuka Mdinaradze - Rusiya nümayəndə heyətinin Gürcüstana daxil olması məsələsi üzrə qərarı Avropalı partnyorlarla birlikdə qəbul edəcəyik
Rusiya nümayəndə heyətinin Gürcüstana daxil olub olmaması məsələsi üzrə qərarı müstəqil şəkildə qəbul etməyəcəyik, bu qərarı bizim avropalı partnyorlarımız, Avropa Şurası nümayəndələri ilə birlikdə qəbul edəcəyik, – bu barədə Parlament çoxluğunun lideri, Mamuka Mdinaradze bəyan etdi.
Mdinaradzenin dediyinə görə, Gürcüstan Avropa Şurası sədri ölkəsidir və məhz elə buna görə ministerial keçiriləcək.
“Rusiya nümayəndə heyəti ilə istənilən qərar bizim strateji partnyorlarımızla birlikdə qəbul olunacaq. Öncədən bu barədə danışa bilmərəm. Öncədən qərarı və onun layihəsini səsləndirə bilmərəm. Bu prosesin hansı qərarla başa çatması barəsində, işin kursunda olzcaqsınız. Mənim subyektiv fikrimdir ki, “işğal olunmuş ərazilər barəsində” qanunu pozana qarşı qərar, tamamilə başqa istiqamətlə getməlidir. Pozmayanlarla isə, tatamilə başqa rejimdə danışmalıyıq. Lakin qərarı hələlik həqiqətən deyə biılmərəm”, – Mdinaradze bəyan etdi.