Mamuka Mdinaradze – Regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsinə təyinat bir tərəfdən şərəf, digər tərəfdən isə böyük çağırışdır, çalışacağam ki, təcrübəmi ölkəm üçün sərf edim

20:44, 29.07.2026

 

Regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsinə təyinat bir tərəfdən şərəf, digər tərəfdən isə çox böyük çağırışdır – bu barədə Mamuka Mdinaradze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib. Mdinaradze son aylar ərzində birgə çalışdığı komandaya təşəkkürünü bildirib.

“Son aylar ərzində birgə işlədiyim insanlara, komandaya təşəkkür etmək istəyirəm. Çox səmimi deyəcəyəm – o vəzifədən başıuca getdiyim kimi, yeni vəzifədə də başıuca olacaq və çalışacağam. Təşəkkür edirəm, cənab Baş nazir, bu məsuliyyətli tapşırıq qəbul edildi” – Mamuka Mdinaradze qeyd edib.

Mamuka Mdinaradze, regionların gücləndirilməsinin hakimiyyət üçün əsas prioritetlərdən biri olduğunu deyib.

“Regionların bu gün bizim üçün xüsusi prioritet olması barədə çox danışmışıq. Mən bunu təkcə bu səbəbdən deyil, ona görə çağırış adlandırıram ki, bu istiqaməti gücləndirmək bir tərəfdən çağırışla yanaşı, çox böyük məsuliyyətdir. Həmçinin, regionlarımızda qarşımıza qoyduğumuz məqsədləri daha sürətlə həyata keçirmək və həqiqətən səmərəli olmaq üçün çox yaxşı hədəfdir.

Bu çağırışın öhdəsindən gəlmək üçün mübarizədə bütün təcrübəmi komandama və ölkəmə sərf etməyə çalışacağam. İndiyədək etdiyim kimi, əminəm ki, belə də alınacaq və komanda liderlərinin etimadı ilə bütün bunları bacaracağam. Daxili İşlər Nazirliyinin, Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, bütün hüquq-mühafizə orqanlarının və Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndələrinə təşəkkür edirəm. Orada dövlətə xidmət etmək, ölkənin inkişafına və quruculuğuna öz töhfələrini vermək üçün gecə-gündüz çalışan qəhrəmanlar, insanlar çalışırlar. Yeni əməkdaşlarıma və ya yeni çağırışdakı silahdaşlarıma söz verirəm ki, onlar ilə birlikdə yorulmadan mübarizə aparacağam” – Mamuka Mdinaradze qeyd edib.

Oxşar