Mamuka Mdinaradze Quriya və Raça-Leçxumi–Aşağı Svanetidə dövlət nümayəndələri və onların müavinləri ilə işgüzar görüşlər keçirib

12:33, 22.08.2026

Gürcüstanın Baş nazir müavini, Regional İnkişaf naziri Mamuka Mdinaradze Quriya və Raça-Leçxumi–Aşağı Svanetidə dövlət nümayəndələri və onların müavinləri ilə işgüzar görüşlər keçirib.
Görüşlərdə həyata keçirilən və planlaşdırılan layihələr müzakirə olunub. Layihələrin vaxtında və keyfiyyətlə başa çatdırılmasının zəruriliyinə xüsusi diqqət yetirilib.
Bununla yanaşı, işgüzar görüşlər çərçivəsində Quriya və Raça-Leçxumi–Aşağı Svanetidə mövcud problemlər, yerli əhali üçün aktual məsələlər və onlara effektiv reaksiya göstərilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Oxşar