Mamuka Mdinaradze - İrakli Şotadze ilə bağlı səsvermə bu gün keçiriləcək, təbiidir ki, onu dəstəkləyəcəyik
Parlament çoxluğunun lideri, Mamuka Mdinaradzenin bəyan etdiyinə görə, baş prokurorluğa namizəd, İrakli Şotadze ilə bağlı səsvermə bu günki iclasda keçiriləcək
Elə onun dediyinə görə, səsverməyə qədər Parlamentin fəaliyyətinin ötən ilin hesabatının təqdimatı planlaşdırılıb.
“İrakli Şotadze ilə bağlı səsvermə bu gün olacaq. Lakin ona qədər Parlamentin fəaliyyətinin ötən ilin hesabatının təqdimatı planlaşdırılıb. Gürcü ictimayyəti Parlamentin 2019-cu ildə nələrin etdiyini dinləyəcək. Parlament 2019-cu ildə 400-dən artıq qanun qəbul etdi və bu barədə opponentlər danışmırlar”, – Mdinaradze bəyan etdi.
Mamuka Mdinaradze deyir ki, İrakli Şotadzenin “Gürcü Arzusu” komandasından dəstəyi olacaq.
Seçildiyi təqdirdə İrakli Şotadze baş prokuror vəzifəsini altı il müddətinə tutacaq.