Mamuka Mdinaradze – İrakli Qaribaşvilinin məqsədləri barədə danışmaqdan çəkinəcəyəm, o, həbsdə olan bir insandır və mənim tərəfimdən ona qarşı hücuma keçmək düzgün olmaz
Mən və hökumətin digər nümayəndələri korrupsiyaya bu qədər prinsipial şəkildə qarşı çıxdığımız zaman belə ittihamların səsləndiriləcəyinə hazırıq. Bu barədə vitse-premyer, regional inkişaf naziri Mamuka Mdinaradze bildirib.
Mdinaradzenin sözlərinə görə, keçmiş baş nazir İrakli Qaribaşvilinin açıqlamalarının məqsədi barədə danışmaqdan çəkinəcək.
“Onun məqsədləri barədə danışmaqdan çəkinəcəyəm. O, həbsdə olan insandır və düşünürəm ki, mənim tərəfimdən ona qarşı hər hansı hücuma keçmək düzgün olmaz.
Sizə tam səmimiyyətlə deyə bilərəm ki, şəxsən mən və hökumətin digər nümayəndələri korrupsiyaya bu qədər prinsipial şəkildə qarşı çıxdığımız zaman belə ittihamların, hətta daha ağır ittihamların səsləndiriləcəyinə hazırıq, bunlar var və olacaq.
Əgər hökumət nümayəndəsi buna hazır deyilsə, o zaman nə korrupsiyaya qarşı mübarizə apara bilər, nə iş görə bilər, nə də çevik idarəetməni təmin edə bilər.
İnsan hücuma keçərək əsassız və bir-birinə zidd açıqlamalar verdikdə, bu gün onun məqsədləri barədə danışmamağa çalışacağam. Korrupsiyaya qarşı mübarizə apardığımıza görə bizə qarşı nə qədər hücum edilsə də, belə məsələlər barədə danışmaq olmaz”, – deyə Mdinaradze bildirib.
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili avqustun 17-də sosial şəbəkədə yazıb ki, “Bidzina İvanişvilinin tapşırığı ilə ona məktub göndərilib”.
Bununla yanaşı, İrakli Qaribaşvili avqustun 18-də açıq məktub yayımlayaraq məktubu Mamuka Mdinaradzenin göndərdiyini bildirib.