Xorava küçəsində cinayət işini öyrənən müvəqqəti araşdırma komissiyasının üzvü, “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mddinaradze maraqlandı ki, Xorava küçəsindəki qətlə yetirilmiş gəncin atası Zaza Saralidze ilə Serqi Kapanadzenin görüşü ilə əlaqədar görüntülər varmı.
Bu haqda Mamuka Mdinaradze, müvəqqədi parlament istintaq komissiyasının ilk iclasında bildirdi.
“Cənab Serqi, bizim fikrimizcə müxtəlif siyasi görüşlərə malik olmağımıza baxmayaraq, əməkdaşlığın obyektiv şəkildə olması üçün çalışmalıyıq. Cəmiyyətdə dü.üncələr yarandı ki, siz Saraldize ilə sərbəst görüşürdünüz. Mən bununla əlaqədar konkret dü.üncəmi bildirdim ki, komissiyanın sədri görüşə bilər. Əgər görüntülər varsa, təqdim etsəniz yaxşı olar”, – Mdinradze, iclasda Serqi Kapanadzeyə müraciət etdi.
Eləcə də o, komissiya sədrindən xahiş etdi ki, komissiyanın heç bir siyasi subyektə aid olmamasını təmin etsin.
“Bir istəyim var, gəlin komissiyanın heç bir siyasi subyektə aid olmadığını hərkəsin bilməsini təmin edək. Bu parlament komissiyasıdır, çoxluqda kimin olduğunun heç bir mənası yoxdur. Bu, başqa siyasi subyetlərin malik olduğu cavabdehlikdən çoxdur. Elə bir vəziyyət yaratmayaq ki, komissiyanı kimsə öz subyektiv məqsədləri üçün istifadə edəcək”, – Mdinaradze bildirdi.
“Siyasi maraqların və siyasi piarın olduğu işlə işimiz yoxdur. Bu tamamilə başqa kateqoriyadır, buna görə də, çalışaq ki, bu vəziyyəti bərabər yox edək”, – Mdinaradze bəyan etdi.
Serqi Kapanadze Zaza Saralidze ilə 2 dəfə, evində, eləcə də, iclasın başlamasından əvvəl, vəkil Nestan Londaridze ilə birgə görüşdü.
Xorava küçəsi cinayəti işini öyrənən müvəqqədi parlament istintaq komissiyasının ilk təşkilatçılıq iclası baş tutur. Komisiya, sədrin müavinini, komissiya katibi seçəcək, qərar təsdiq olunacaq.