Mamuka Mdinaradze Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanı qəbul edib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze Tbilisiyə səfər edən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanı qəbul edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və Ermənistan arasında mövcud dostluq münasibətləri müzakirə olunub. Tərəflər tərəfdaşlıq əməkdaşlığının daha da dərinləşdirilməsi perspektivləri, eləcə də regionda mövcud çağırışlar və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı imkanları barədə fikir mübadiləsi aparıblar. İkitərəfli koordinasiyanın və informasiya mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Mamuka Mdinaradze Gürcüstanın Qafqazda sülhün təmin olunması və möhkəmləndirilməsi işində oynadığı müsbət roldan danışıb.
O, Andranik Simonyana Gürcüstana səfərinə görə təşəkkür edib və bu səfərin əhəmiyyətini xüsusi qeyd edib.
Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən görüşdə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin müavinləri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin müavini və aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər.