Mamuka Mdinaradze - Dövlət Təhlükəsizliyi Xidmətinə komandamla gedəcəyəm
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradzenin bəyanatına əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinə öz komandası ilə gedəcək.
Mdinaradze bildirib ki, komandanın üzvləri barədə sabah məlum olacaq.
“Komandamla gedəcəm. Komandamın kim olacağını sabah öyrənəcəksiniz. İrakli Beraia artıq olmayacaq. Bizim dostumuzdur və çox yaxşı kadrdır. Mənim baxışım və komandam var. Əminəm ki, uğurla işləyəcəyik. Xüsusi xidmətdə kimi hansı vəzifəyə təyin edəcəyimi sizə izah etməyi planlaşdırmıram. Elə peşəkar kadrlarım olacaq ki, tənqid etməyə belə heç bir şeyiniz olmayacaq” – Mamuka Mdinaradze bildirib.
Parlament Mamuka Mdinaradzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri kimi bu gün təsdiqləyib.