Mamuka Mdinaradze - Dörd maddədən hansı Avropaya yox deməkdir, konkret olaraq hansı maddəyə etiraz edirlər? heç olmasa onu desinlər, konkret nəsə cavab verərdik
“Gürcü Arzusu” fraksiyasının sədri, parlament çoxluğunun lideri Mamuka Mdinaradze sosial şəbəkədə “Gürcü Arzusu”nun gələcək planlarla bağlı bəyanatının dörd əsas maddəni əhatə etdiyini yazır.
Mamuka Mdinaradzenin izah etdiyi kimi, Assosiasiya Sazişi üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi davam edir; 2030-cu il üçün Gürcüstan namizəd ölkələr arasında Avropa İttifaqına üzvlük üçün hazır olacaq.
“Gələcək plan nöqteyi-nəzərdən bizim bəyanatımız dörd əsas maddəni əhatə edir:
1. Assosiasiya Sazişi üzrə götürülmüş öhdəliklərin dəqiqliklə yerinə yetirilməsini davam etdiririk və 2028-ci il üçün 90%-dən çoxunu yerinə yetirmiş olacağıq.
2. 2030-cu il üçün Gürcüstan namizəd ölkələr arasında Avropa İttifaqına üzvlük üçün ən hazır ölkə olacaq.
3. Danışıqların açılması məsələsinin kiminsə tərəfindən daimi şantaj mexanizmi olmaması, müvafiq islahatları dinc şəkildə həyata keçirmək və ölkəni inkişaf etdirə bilməyimiz üçün 2028-ci ilə qədər bizim tərəfdən danışıqların açılması məsələsi gündəmə gətirilməyəcək.
4. Eyni səbəblə Avropa İttifaqı tərəfindən büdcə qrantları ilə maliyyələşməkdən imtina edirik və bu xərcləri dövlət öz üzərinə götürəcək.
Bunlardan hansı Avropaya yox deməkdir və konkret olaraq hansı maddəyə etiraz edirlər? heç olmasa onu desinlər, konkret nəsə cavab verərdik” – Mamuka Mdinaradze yazıb.