Mamuka Mdinaradze - Dekanoidze və Uqulava Kutaisidə bannerimizə zərər vurmaqla cinayət törətdilər, yalnız "Müharibəyə yox" yazısını sildilər, bununla da sahiblərinə müharibəyə sadiq olduqlarını təsdiqlədilər
Mamuka Mdinaradze - Dekanoidze və Uqulava Kutaisidə bannerimizə zərər vurmaqla cinayət törətdilər, yalnız "Müharibəyə yox" yazısını sildilər, bununla da sahiblərinə müharibəyə sadiq olduqlarını təsdiqlədilər

 
Xatia Dekanoidze və Qiqi Uqulava Kutaisidə seçki bannerimizə zərər vurmaqla hüquqi, eləcə də siyasi cinayət törətdilər – “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Kutaisidə “Milli Hərəkat”ın üzvləri Xatia Dekanoidze və Qiqi Uqulava tərəfindən “Gürcü Arzusu”nun bannerinin rənglənməsinə belə münasibət bildirib.

Mdinaradzenin bəyanatına əsasən, Dekanoidze və Uqulava bannerdə yalnız “Müharibəyə yox” yazısını sildilər, bununla da “sahiblərinə müharibəyə sadiq olduqlarını təsdiqlədilər”.

“Xatia Dekanoidze və Qiqi Uqulava Kutaisidə seçki bannerimizə zərər vurmaqla hüquqi, eləcə də siyasi cinayət törətdilər: 1. Onlar Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş əməli törətdilər; 2. Müharibə partiyasının həqiqi nümayəndələri olaraq, yalnız “Müharibəyə yox” yazısını sildilər, bununla da sahiblərinə müharibəyə sadiq olduqlarını təsdiqlədilər.

P.S. İndi ortaya atılaraq, inzibatidir desələr – bəli, əlbətdə, sadəcə olaraq sonra axtarmalı olduğunuz rənglənməmiş bannerləriniz olacaq” – Mamuka Mdinaradze sosial şəbəkədə yazır.