Mamuka Mdinaradze - danışıqları davam etdirməyə hazırıq, çünki bunun alternativi yoxdur
“Gürcü Arzusu” fraksiyasının sədri, Mamuka Mdinaradze bəyan edir ki, müxalifət və hakimiyyət arasında danışıqların alternativi yoxdur.
Mdinaradzenin qeyd etdiyinə görə, danışıqlar zamanı kompromislər vacibdir.
“Düşünürəm ki, bu günlər ərzində danışıqlar masası arxasına əyləşəcəyik. Buna zəmanət, o cümlədən Şarl Mişelin personasıdır. Düşünürəm razılaşmaya nail olacağıq, çünki tərəflər danışıqlara gəldikdə, onlar kompromisli təkliflər irəli sürməli olurlar. Bunu yalnız müxalifət barəsində demirəm, öz barəmizdə də danışıram. Biz artıq bir neçə kompromisli təklif irəli sürdük və danışıqlar masasına qədər aparıb çıxardıq. Biz danışıqları davam etdirməyə hazırıq, çünki bunun alternativi yoxdur”, -Mdinaradze bəyan etdi.