Mamuka Mdinaradze Bidzina İvanişvili və İrakli Ğaribaşvilinin parlament mandatlarını buraxmağı planlaşdırdıqlarını bildirir
Parlament çoxluğunun lideri Mamuka Mdinaradze Bidzina İvanişvili və İrakli Ğaribaşvilinin parlament mandatlarını buraxmağı planlaşdırdıqlarını bildirir.
“Mənə məlum olduğu kimi və zənnimcə, gizlədəcək heç nə yoxdur, bu insanlar cənab Bidzina İvanişvili, İrakli Kobaxidze, İrakli Ğaribaşvili parlamentdə qalmağı planlaşdırmırlar. Onlar partiyamızın nümayəndələri və rəhbərləridirlər. Bir qayda olaraq parlament siyahısında idilər. Onlar parlament mandatlarını buraxırlar” – Mdinaradze bildirib.
Mdinaradze onların mandatları buraxmaqla əlaqədar tezliklə parlamentə müraciət edəcəklərini bildirib.
İrakli Kobaxidze parlament siyahısında idi, lakin o, rəsmi olaraq baş nazir vəzifəsinə irəli sürüldü. İrakli Kobaxidze bu gün hökumətin yeni tərkibini açıqlayıb.