Mamuka Mdinaradze - Avropa İttifaqının ikili standartı var, Avropa Komissiyasının sifarişi ilə hazırlanmış obyektiv hesabatda Gürcüstanın "Gürcü Arzusu" şəraitində nail olduğu irəliləyiş aydın şəkildə görünür
Mamuka Mdinaradze - Avropa İttifaqının ikili standartı var, Avropa Komissiyasının sifarişi ilə hazırlanmış obyektiv hesabatda Gürcüstanın "Gürcü Arzusu" şəraitində nail olduğu irəliləyiş aydın şəkildə görünür

 

Avropa İttifaqının Gürcüstana münasibətdə ikili standartı var – obyektiv meyarlara əsaslanaraq, Avropa Komissiyasının sifarişi ilə hazırlanmış “Yaxşı Hökumət 2025 Hesabatı”nda Gürcüstanın “Gürcü Arzusu” hakimiyyəti şəraitində nail olduğu irəliləyiş aydın şəkildə görünür – bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.

O bildirib ki, hər bir indeksə əsasən, Gürcüstan bütün istiqamətlərdə uğur qazanıb.

“Bu gün xüsusi əhəmiyyət daşıyan bir məsələyə diqqət çəkmək istərdik. Bildiyiniz kimi, Gürcüstana münasibətdə kəskin və ədalətsiz tənqidi ilə seçilən xanım Ursula fon der Laienin prezidenti olduğu Avropa Komissiyası “Yaxşı Hökumət 2025 Hesabatı” çərçivəsində bir neçə mühüm indeksi dərc edib, o cümlədən : “Etibarlı qanunvericilik və siyasət” , “Liderlik və uzaqgörənlik”, “Güclü dövlət institutları” və “Cəlbedici bazar iqtisadiyyatı” indeksləri.
Avropa Komissiyası tərəfindən dərc olunmuş hesabat Çendler İdarəetmə İnstitutu tərəfindən hazırlanıb və BMT, Dünya Bankı, Valyuta Fondu, Dünya İqtisadi Forumu və digər beynəlxalq səviyyədə tanınan subyektlərin, qlobal qiymətləndirmə təşkilatlarının profilli tədqiqat və məlumatlarına, yəni obyektiv meyarlara və faktiki məlumatlara əsaslanır. Xüsusi olaraq qeyd edilməlidir ki, bu indekslərin hər biri üzrə Gürcüstanın tamamilə bütün sahələrdə uğurları var və üstəlik, bəzi istiqamətlərdə tarixi əhəmiyyətə malik irəliləyiş də göstərmişik. İlk növbədə, gəlin həmin tədqiqatın göstəriciləri ilə tanış olaq, sonra isə heç də az əhəmiyyətli olmayan, bəlkə daha da önəmli olan siyasi qiymətləndirməyə də keçək.

1. “Güclü institutlar indeksi” üzrə Gürcüstan hakimiyyəti 100 faizlik qiymətləndirmə sistemi ilə yeni tarixi maksimum – 63% nəticə göstərib və dünyada 34-cü yeri tutub. Qeyd olunmalıdır ki, institusional güc baxımından Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olan bütün ölkələri, Avropa İttifaqı və NATO-ya üzv 13 dövləti geridə qoyur: Portuqaliya, Xorvatiya, Yunanıstan, Slovakiya, Macarıstan, Albaniya, Şimali Makedoniya, Malta, Kipr, Bolqarıstan, Monteneqro, Rumıniya və Türkiyə.

2. “Cəlbedici bazar iqtisadiyyatı” indeksi üzrə Gürcüstan yeni tarixi maksimuma imza atıb və dünyada 30-cu yeri tutub və Avropanın ən yaxşı iyirmiliyi arasında yer alıb. 100 faizlik qiymətləndirmə sistemi ilə Gürcüstan yeni tarixi maksimum – 63.2% nəticə göstərib. Reytinqdə Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olan bütün ölkələri, Avropa İttifaqı və NATO-ya üzv 16 dövləti geridə qoyur: Portuqaliya, Çexiya, Kipr, Xorvatiya, Macarıstan, Sloveniya, Latviya, Yunanıstan, Polşa, Slovakiya, Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Monteneqro, Rumıniya və Türkiyə.

3. “Liderlik və uzaqgörənlik” indeksi üzrə Gürcüstan hakimiyyəti Avropanın ən yaxşı iyirmiliyi arasında yer alıb. 100 faizlik qiymətləndirmə sistemi ilə Gürcüstan 52% nəticə göstərib, dünyada 32-ci yeri və Avropanın ən yaxşı iyirmiliyində 17-ci yeri tutub. Bu indeks ilə Gürcüstan hakimiyyəti Avropa İttifaqı və NATO-ya üzv 19 dövləti geridə qoyur: İslandiya, Çexiya, Latviya, İspaniya, Macarıstan, Portuqaliya, Bolqarıstan, Yunanıstan, Malta, Sloveniya, Polşa, Şimali Makedoniya, Slovakiya, Monteneqro, Kipr, Xorvatiya, Rumıniya, Albaniya və Türkiyə.

4. “Etibarlı qanunvericilik və siyasət” indeksi üzrə Gürcüstan hakimiyyəti Avropanın ən yaxşı iyirmiliyindədir! Gürcüstan hakimiyyəti 100 faizlik qiymətləndirmə sistemi ilə 70% nəticə göstərib, dünyada 26-cı və Avropanın ən yaxşı iyirmiliyində 18-ci yeri tutub. Qanunvericilik və siyasətin etibarlılığı baxımından Gürcüstan Avropa İttifaqı və NATO-ya üzv 18 ölkəni geridə qoyur: İtaliya, Latviya, Portuqaliya, İspaniya, Sloveniya, Kipr, Slovakiya, Bolqarıstan, Malta, Yunanıstan, Polşa, Rumıniya, Xorvatiya, Albaniya, Macarıstan, Şimali Makedoniya, Monteneqro və Türkiyə. Əlbəttə, hər kəs anlayır ki, bu, təkcə “Gürcü Arzusu” hakimiyyətinə deyil, həm də bütün Gürcüstana və gürcü xalqına məxsus çox böyük uğurdur. Siyasi komandamızın və ölkəmizin bu uğura Avropa bürokratiyasının cəfəng ittihamları və böhranı fonunda nail olmasını nəzər alaraq, bu uğur daha da mühümdür və təqdirə layiqdir, daxili təlatümləri yaxşı xatırlayırsınız, yumşaq desək” – Mdinaradze bildirib.