Mamuka Mdinaradze Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin nümayəndələri ilə görüşüb
Gürcüstanın vitse-baş naziri, hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin nümayəndələri ilə görüşüb.
Görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasındakı ikitərəfli münasibətləri müzakirə ediblər. Gələcək əməkdaşlıq perspektivlərinə və strateji tərəfdaşlığın yenilənməsi planlarına diqqət yetirilib.
Tərəflər milli maraqlar nəzərə alınmaqla, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Görüş çərçivəsində regionda mövcud vəziyyət nəzərdən keçirilib. Bununla yanaşı, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb və Gürcüstanın etibarlı həm də strateji tərəfdaş kimi roluna diqqət çəkilib.
Görüşdə Hökumət Administrasiyasının rəhbərinin müavini Avtandil Kunculia iştirak edib.