Mamuka Mdinaradze - 2003-2012-ci illərdə fəaliyyət göstərən rejimin və rejimin siyasi məmurlarının fəaliyyətini öyrənmək üçün parlamentdə istintaq komissiyası yaradılacaq
2003-2012-ci illərdə fəaliyyət göstərən rejimin və rejimin siyasi məmurlarının fəaliyyətini öyrənmək üçün yaz sessiyasının elə ilk həftəsində parlamentdə istintaq komissiyası yaradılacaq – bu haqda “Gürcü Arzusu” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze “Gürcü Arzusu” partiyasının ofisində keçirilən brifinqdə bildirib.
“Sistematik cinayətləri araşdırmaq məqsədilə və rejimi qiymətləndirmək üçün 2003-2012-ci illərdə fəaliyyət göstərən rejimin və rejimin siyasi məmurlarının fəaliyyətini öyrənmək üçün yaz sessiyasının elə ilk həftəsində Gürcüstan Parlamentində müvəqqəti istintaq komissiyası yaradılacaq. Komissiya altı ay ərzində işləyəcək və Gürcüstan Parlamentinin sentyabrın ilk sessiya həftəsi üçün müzakirə edəcəyi və təsdiqləyəcəyi rəy hazırlayacaq. Rəydə cinayətkarlara qarşı Gürcüstan Konstitusiyası ilə nəzərdə tutulmuş siyasi və hüquqi cavab tədbirləri ilə bağlı tövsiyələr öz əksini tapacaq. Gürcüstan Parlamenti tərəfindən təsdiq edilmiş rəy sonrakı tədbirlərin görülməsi və günahkarların cəzalandırılmasını təmin etmək məqsədilə Gürcüstan qanunvericiliyinə uyğun olaraq Gürcüstan Prokurorluğuna və digər aidiyyəti orqanlara göndəriləcək” – Mamuka Mdinaradze bildirib.