Mamuka Mdinaradze "Ədalətli Seçkilər"i səslərin paralel hesablanması ilə bağlı məlumatları dərc etməyə çağırır
Mamuka Mdinaradze "Ədalətli Seçkilər"i səslərin paralel hesablanması ilə bağlı məlumatları dərc etməyə çağırır

 
“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradzenin bəyanatına əsasən, onda olan məlumata görə “Ədalətli Seçkilər”in rəhbərinə səslərin paralel hesablanması ilə bağlı məlumatları dərc etməyi qadağan edirlər.

Mdinaradze bildirib ki, USAİD tərəfindən maliyyələşdirilən “Ədalətli Seçkilər” zəhmət çəkməli və Gürcüstanda keçirilən seçkilərdən bir gün yarım sonra məlumatları dərc etməlidir.

“Mənim brifinqimin mövzusu “Ədalətli Seçkilər” tərəfindən verilməyən və ya verilə bilməyən bəyanatdır. Bizə məlum olduğu üzrə, bu məlumatı dəqiqləşdirməyə çalışacağam, “Ədalətli Seçkilər”in rəhbərinə qarşı bullinq gedir, səslərin paralel hesablanması ilə bağlı məlumatları dərc etməyi qadağan edirlər. Artıq bir gün yarım keçdi və “Ədalətli Seçkilər” səslərin paralel hesablanması ilə bağlı məlumatları dərc edə bilmir.

Xatırladaq ki, bu, səhv olduğunu etiraf edən təşkilatdır və biz 2020-ci ildə dərhal ictimaiyyətə məlumat vermişdik ki, saxtalaşdırılan seçkilər deyil, səslərin paralel hesablanması ilə bağlı məlumatlardır. Amma bu, yalnız 2 faizə şamil ediləcəkdi. Sonra bunu səhv adlandıraraq düzəltməyə çalışdılar , bu il isə artıq bir gün yarım ərzində səslərin paralel hesablanması ilə bağlı məlumatları dərc etmir və ya edə bilmirlər.

Həmçinin, xatırladaq ki, bu, USAID tərəfindən maliyyələşdirilən təşkilatdır. Yəni birbaşa ABŞ dövlət büdcəsindən. Dost və tərəfdaş ölkənin imicinin qayğısına qalmaq üçün biz hamımız borcluyuq. Onun maliyyələşdirdiyi təşkilat zəhmət çəkməli və Gürcüstanda keçirilən seçkilərdən bir gün yarım sonra heç olmazsa səslərin paralel hesablanması ilə bağlı məlumatları dərc etməlidir.

Dünən onlar yalnız bir bəyanat yaydılar, bəyanatda yeri gəlmişkən, yəqin heç kimin başa düşməməsi üçün belə sözlər yazılmışdı – təşkilat tərəfindən həyata keçirilmiş səslərin paralel hesablanmasının nəticələrinin yoxlanılması Gürcüstanın Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə uyğundur. Bu kifayət deyil. Bəli, obyektivliyə görə minnətdarıq. Aydındır, dırnaqarası müqayisə müqayisəyə uyğundur, təxminən belə bir şey dedilər. Yəni, görünür, onların bəyanatında mümkün qədər qaranlıq sözlər olmalı idi ki, hamı məsələnin nə yerdə olduğunu anlamasın. Aydındır ki, onlar MSK-nın məlumatlarını tanıdılar və səslərin paralel hesablanması ilə bağlı məlumatların üst-üstə düşdüyünü dedilər, lakin bu formada haradasa gizlənmiş şəkildə, yeri gəlmişkən, deyilməyib, zəhmət çəksinlər, ortaya çıxsınlar, başqa hallarda etdikləri kimi cəmiyyətə hər bir səs haqda məlumat versinlər, “Gürcü Arzusu” nə qədər səs toplayıb, səslərin paralel hesablanması ilə bağlı məlumatlar ilə nə qədər oldu, Qvaramia, “Milli Hərəkat” və s. nə qədər. Bu, manipulyasiya üçün mühiti tamamilə aradan qaldıracaq. Nəzəri cəhətdən də imkansızdır, amma nəzəri cəhətdən bu çılğınlığı desək, bəlkə Qvaramia 40 və ya 41 faiz dərc etdi, o haqlıdır, biz “Ədalətli Seçkilər”dən də maraqlanırıq. Yəni o qədər marazma keçiblər ki, gün yarımdır Nino Dolidzenin səslərin paralel hesablanması ilə bağlı məlumatlarını dərc etmirlər. Əvvəlki halda saxta məlumatları dərc etdirdilər, ISFED-in rəhbəri o vaxt başqası idi, indi ona məlumatları dərc etməyi tamamilə qadağan edirlər, çünki bu məlumatlar MSK-nın məlumatları ilə üst-üstə düşür. Sonra saxtalaşdırılma haqqında nə desinlər, elə deyilmi?” – Mamuka Mdinaradze bildirib.

Məlumat üçün bildirək ki, “Ədalətli Seçkilər və Demokratiya Beynəlxalq Cəmiyyəti”ndə (ISFED) təşkilatın səslərin paralel hesablanmasının təfərrüatlı nəticələrini dərc etməyi planlaşdırmadığını bildirdilər.

“Təşkilat tərəfindən həyata keçirilən səslərin paralel hesablanmasının nəticələrinin yoxlanılması Gürcüstanın Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə uyğundur, lakin seçki prosesinin etibarlılığının ölçüsü kimi istifadə edilə bilməz, çünki seçkiöncəsi dövrdə və seçki günü qeydə alınan fundamental xarakterli pozuntular seçicinin azad iradəsinin təzahürünə təsir edib” – təşkilatda qeyd ediblər.