Mamuka Xazaradzenin ictimai hərəkatının adı “Lelo” olacaq.
Bu barədə məlumatı yeni təşkilatın təsisçisi Mamuka Xazaradze bugün Anakliada keçirilən təqdimatda verdi.
Mamuka Xazaradze təqdimatda Qalaktion Tabidzenin “Mənim doğma vətənim” şerini oxudu.
Xazaradze həmçinin, Anaklianın və yeni hərəkatının təqdimatının məhz orada keçirilməsinin əhəmiyyəti haqqında danışdı.
“Biz bugün Anakliadayıq, bizi abxaz qardaş-bacılarımızdan bölən və ayrı salan xəttin yanında. Bura Avropaya ən yaxın olan nöqtədir. Bu yerdə Gürcüstan üçün qərar verici bir məntəqə yaradılmalıdır.
Məhz bu yerdə, yüzlərlə iş yerinin açıldığı, nəhənq layihə həyata keçiriləcək. Bu lahiyə ilə Gürcüstanın dünya xəritəsində xüsusi yeri olacaq və biz bu layihəyə öz kontribusiyamızı qatacağıq. Buradan bizim Avropaya doğru gedən vektorumuz təsdqilənəcək” – dedi Mamuka Xazaradze.