Mamuka Xazaradze - "Lelo-Güclü Gürcüstan" və Qaxarianın komandaları arasında memorandumun imzalanmasını alqışlayıram, hamını bu mübarizədə bizə qoşulmağa çağırıram
“Lelo-Güclü Gürcüstan” hər zaman birliyin təşəbbüskarı olmuşuq. Şəxsi hər şeyi geriyə çəkməli və birgə mübarizə haqqında düşünməliyik. “Lelo-Güclü Gürcüstan” və Qaxarianın komandaları arasında memorandum məhz buna sübutdur – bu barədə “Lelo-Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradzenin “Facebook” səhifəsində dərc olunan paylaşımında deyilir.
Xazaradze hamını bu mübarizədə onlara qoşulmağa çağırır.
“Mən “Lelo-Güclü Gürcüstan” və Qaxarianın komandaları arasında birgə memorandumun imzalanmasını alqışlayıram. Üç aya bizi həlledici mübarizə gözləyir, ona görə də müxalif seçicini seçkilərsiz qoymamağımız və “Gürcü Arzusu”nun bütün şəhər və ya regionun yerli nümayəndəliyini problemsiz ələ keçirməsinə imkan verməməyimiz vacibdir. Çünki məhz bu, bizim üçün son qələbə üçün vacib dayaq və tramplin olacaq. Gürcü xalqının əlindən təsir vasitəsini almamalıyıq. Boykot isə məhz “Gürcü Arzusu”nun, yəni rus qüvvəsinin yerli səviyyədə möhkəmlənməsinə xidmət edəcək. Bunu etmək olmaz. Xalqın və xüsusən müxalif seçicilərin, hər səviyyədə müdafiəyə ehtiyacı var – bu, əlavə mübarizə meydanıdır, bərabərsiz vəziyyətə baxmayaraq. Məqsədimiz dəyişməzdir – yeni parlament seçkilərinə nail olmaq və vicdan məhbuslarının azad edilməsi! Bu ruhla bu memorandum imzalanıb, məqsədi də birdir – mübarizənin hər zaman mənası var və heç bir yerdə rus qüvvəsini mübarizəsiz buraxmamalıyıq. Biz, “Lelo-Güclü Gürcüstan” hər zaman birliyin təşəbbüskarları olmuşuq. Bu gün rus siyasəti ölkəni tamamilə ələ keçirərkən, şəxsi hər şeyi geriyə çəkməli və birgə mübarizə haqqında düşünməliyik. Bu memorandum məhz buna sübutdur. Hamını bu mübarizədə bizə qoşulmağa çağırıram. Biz gürcü xalqının qələbəsinə inanırıq – birlikdə mübarizə ilə bu qaçılmazdır” – Mamuka Xazaradze yazır.