Mamuka Xazaradze - Bu gün qeyri-legitim parlamentin istintaq komissiyasında məni gözləyirlər, getmək və bu sirkdə iştirak etmək niyyətim yoxdur
Bu gün qeyri-legitim parlamentin istintaq komissiyasında məni gözləyirlər, dəvət də aldım -“Siqnalda”. Getmək və bu sirkdə iştirak etmək niyyətim, əlbətdə, yoxdur! – bu barədə “Lelo Gürcüstan Naminə”nin lideri Mamuka Xazaradze sosial şəbəkədə yazır.
Xazaradzenin yazdığı kimi, qeyri-legitim olan dırnaqarası parlamenti, eləcə də onun yaratdığı komissiyanı tanımır.
“Əvvəlcə, “Milli Hərəkat”ın əsas maliyyəçisi və noyabrın 7-dən sonra da rejimi maliyyələşdirən şəxs kimi Bidzinanı çağırın.
“Milli Hərəkat”çıları dəstəkləmək üçün neçə milyon sərmayə qoyduğunu yaxşıca soruşun.
Bidzinadan sonra o vaxtlar da, indi də insanların hüquqlarını kobud şəkildə pozan və sonra uğurla “Gürcü Arzusu”nun sıralarına keçirdiyiniz “Milli Hərəkat”ın bütün hakim və prokurorlarını çağırın.
Mən bu dırnaqarası parlamenti tanımıram! Seçkiləri qəsb edən və heç bir demokratik ölkə tərəfindən tanınmayan qüvvə, eləcə də siyasi təqib alətinə çevrilməyə və artıq 5 ildir ki, adımı ləkələməyə çalışan onun yaratdığı komissiya qeyri-legitimdir.
Təəssüf ki, “Gürcü Arzusu” ümumiyyətlə xalqı düşünmür və iqtisadi böhran fonunda, xalqın mənafeyinin qayğısına qalmaq əvəzinə, birpartiyalı komissiyalar uydurur.
Onu da deyim ki, Bidzinanın tabeliyində olan Murusidzenin klan məhkəməsinin olmasına baxmayaraq, mən heç vaxt ədalətdən qaçmamışam. Bu halda da məhkəməyə gedin və hər hansı bir məsələniz varsa, orada aydınlaşdıraq.
Bu propaqandaçı komissiya qeyri-ciddi və komikdir!
P.S. “Gürcü Arzusu”nun propaqandaçı hakimiyyəti son 5 ildə bizə qarşı böhtan xarakterli yalanlar yayır. Strasburq Məhkəməsi “Gürcü Arzusu” tərəfindən böhtan atılması ilə bağlı iddiamızı keçən il icraata qəbul etdi. Strasburqun hökmünü gözləyin!” – Mamuka Xazaradze yazır.
Mamuka Xazaradze bu gün parlamentdə “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyası”nın iclasına çağrılmışdı.