Mamuka Baxtadze - Yeni qanunlayihə ilə, indiki və bizdən sonra gələn iqtidarlar, daxili büdcəmizin 6 faizini təhsil sisteminə xərcləməli olacaqlar
“Bu gün yeni qanunlayihə ilə bağlı təşəbbüs irəli sürdük, hansına əsasən, hazırki və bizdən sonra gələn iqtidarlar, ölkənin daxili büdcəsinin 6 faizini təhsil sisteminə xərcləməli olacaqlar” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümət iclasından öncə keçirdiyi brifinqdə verdi.
Ölkə başçısının dediyinə görə, 2012-ci il ilə müqayisədə, təhsil büdcəsi 1 milyard lari ilə artdı və hazırda 1 milyard və 600 milyon lari təşkil edir.
Baş nazirin dediyinə görə, iqtidar üzərinə öhdəlik götürür ki, təhsil sisteminin büdcəsi 2021-ci ildə 2 milyard yarım olacaq, 2022-ci ildə isə, ölkənin daxili büdcəsinin 6 faizi təşkil edəcək və 3 milyard 400 milyon lari olacaq.
Hökümət başçısı parlamentə müraciət etdi ki, qeyd olunan qanun tez zamanda müzakirəyə çıxardılsın.