Mamuka Baxtadze yaxın gələcəkdə yaşıl iqtisadiyyatın inkişaf strategiyasını təqdim edəcək
Gürcüstanın baş naziri Mamuka Baxtadze yaxın zamanda yaşıl iqtisadiyyatın inkişaf strategiyasının təqdimatını keçirəcək.
Bu barədə bəyanatı baş nazir Tbilisi Nəqliyyat siyasətinin təqdimatında verdi.
Onun dediyinə görə, yaşıl iqtisadiyyat iqtidarın absolyut prioritetidir.
Baş nazir qeyd etdi ki, strategiyayı təqdim edərkən, o bütün komponentlər haqqında danışacaq.
“Bu strategiyada Tbilisinin rolu təbii ki, unikaldır. Biz Tbilisinin eko-sistemini prinsipal şəkildə dəyişdirmək üçün ölkənin mərkəzi büdcəsindən çox ciddi maddi maddi resurs ayıracağıq” – dedi baş nazir.
Baş nazirin dediyinə görə, bu strategiyaya nəqliyyat sistemi də daxildir və ilk növbədə şəhərdə sarı avtobuslar aradan qaldırılmalıdır.
“O sarı avtobusları görəndə nə düşündüyünüzü bilirəm, çünki mən də eyni şeyləri düşünürəm, ancaq onları bir həftə içində götürə bilmərik, biraz vaxt lazımdır. Tbilisi meriyasının çox ambisiyalı bir planı var yaxın gələcəkdə şəhərin ictimai nəqliyyat sistemi kökündən dəyişdiriləcək.” – dedi Mamuka Baxtadze.
Mamuka Baxtadze Tbilisinin meri Kaxa Kaladzeyə və Meriya əməkdaşlarına yeni nəqliyyat siyasəti üzrə apardıqları çalışmalara görə təşəkkür etdi və öz tam dəstəyini bildirdi.