Mamuka Baxtadze - Vətəninin əsgəri olmaq, ən fəxri vəzifədir, onların hər birinə xüsusilə təşəkkür edirəm
Vətəninin əsgəri olmaq, ən fəxri vəzifədir, hər bir əsgərə xüsusilə təşəkkür edirəm , – bu sözlərlə Gürcüstanın baş naziri Mamuka Baxtadze Müdafiyə Qüvvələri gününə həsr olunan tədbirdə iştirak edən hərbçilərə müraciət etdi və onları təbrik etdi.
Mamuka Baxtadze qeyd etdi ki, gürcü əsgəri müstəqil və demokratik Gürcüstanın inşaatına böyük qatqı verdi.
“28 ildir Gürcüstan Silahlı Qüvvələri mövcuddur və bu 28 il çağırışlarla dolu idi. Sizin Gürcüstanın Avropaya inteqrasiya yolundaki qatqınız həqiqətən böyükdür” -dedi Baş nazir.
Mamuka Baxtadze Silahlı Qüvvələr günü ilə xüsusi ilə də veteranları və beynəlxalq missiyalarda iştirak edən əsgərləri təbrik etdi.