Mamuka Baxtadze - təklifimizdir ki, oktyabrdan dizelin yeni standartına keçək, "avro4"-ə qədər artıraq, 2020-ci ildən sonra isə "avro5-"-ə qədər
Gürcüstanda dizelin istifadəsi kifayət qədər yüksəkdir, təklifimizdir ki, oktyabrın birindən dizelin yeni standartına keçək, “avro4”-ə qədər artıraq, 2020-ci ildən sonra isə “avro5-“-ə qədər, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze “Yaşıl İqtisadiyyat” adlı konsepsiyanı təqdim edərkən bəyan etdi.
Baş nazirin bəyan etdiyinə görə, ən əsas komponentlərdən biri davamlı naqliyyat siyasəti olacaqdır.
“Prioritetimizdir ki, mərhələ şəklində sıradan çıxmış ictimai nəqliyyatı əvəz edək, bu da ilk növbədə paytaxta aid olacaqdır.
Bir neçə gün bundan əvvəl, paytaxtın meri, Kaxa Kaladze ilə birlikdə bu siyasətin təqdimatını keçirdik və bildirdiyimiz kimi, 2018-2019-cu illərdə sarı avtobusların tamamilə əvəz olunması baş verəcək. Bundan başqa biz, mərhələ şəklində elektrik avtobusların gətirilməsinə başlayacağıq.
Həmçinin bildirmək istəyirəm ki, benzin və dizel yanacağının çirklənmiş maddələr norması Avropa standartlarına yaxınlaşacaq. Biz benzinin standartını yüksəltdik, lakin bu siyasət mütləq dizel yanacağına da aid olmalıdır. Xatırlatmaq istəyirəm ki, Gürcüstanda dizelin istifadəsi kifayət qədər yüksəkdir, təklifimizdir ki, oktyabrdan dizelin yeni standartına keçək, “avro4”-ə qədər artıraq, 2020-ci ildən sonra isə “avro5-“-ə qədər”, – Mamuka Baxtadze bəyan etdi.