Mamuka Baxtadze - Təhsil sahəsinin maliyyələşdirilməsinin artırılması "Təhsil bərabərliyi aktı" ilə təmin ediləcək
Təhsil sahəsinin maliyyələşdirilməsinin artırılması “Təhsil bərabərliyi aktı” adlı xüsusi qanunvericiliklə təmin ediləcək.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Gürcüstanın Milli Kitabxanasında, “Təhsil – Azadlığa doğru yol” adlı yeni təşəbbüsü təqdim edərkən verdi.
Baş nazir tədbirdə qeyd etdi ki, keçən il 2019-2020-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı təhsil islahatı elan edilmişdi və həmin islahatın həyata keçirilməsi prosesi artıq başladı.
Baş nazirin dediyinə görə, təhsil sahəsi ölkə iqtisadiyyatında dominant sektor olacaq.
Təhsil sahəsinin maliyyələşdirilməsi hər il artacaq və 2022-ci ildə maksimuma çatacaq, – dedi baş nazir.
Baş nazirin bəyanatına görə, Finlyandiya, Norvegiya, Danimarka və Sinqapurla bərabər Gürcüstan dünyanın aparıcı ölkəsi olacaq, hansının ən əsas prioriteti təhsil və insan kapitalının inkişafı olacaq.
Bununla yanaşı, baş nazirin dediyinə görə, keyfiyyətli və rəqabət qabiliyyətli ali təhsil artıq privilegiya deyil, hərkəs üçün əlyetərli olacaq.
“Təhsil – azadlığa doğru yol” adlı tədbirin təqdimatı milli kitabxanada keçirildi.
Qonaqlara baş nazirlə bərabər parlamentin sədri İrakli Kobaxidze və paytaxtın meri Kaxa Kaladze də müraciət etdilər.