Mamuka Baxtadze - Təhsil sahəsinin maliyyələşdirilməsi hər il artacaq və 2022-ci ildə maksimuma çatacaq
Mamuka Baxtadze - Təhsil sahəsinin maliyyələşdirilməsi hər il artacaq və 2022-ci ildə maksimuma çatacaq

Təhsil sahəsinin maliyyələşdirilməsi hər il artacaq və 2022-ci ildə maksimuma çatacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Gürcüstanın Milli Kitabxanasında, “Təhsil – Azadlığa doğru yol” adlı yeni təşəbbüsü təqdim edərkən verdi.

Baş nazirin bəyanatına görə, Finlyandiya, Norvegiya, Danimarka və Sinqapurla bərabər Gürcüstan dünyanın aparıcı ölkəsi olacaq, hansının ən əsas prioriteti təhsil və insan kapitalının inkişafı olacaq.

Bununla yanaşı, baş nazirin dediyinə görə, keyfiyyətli və rəqabət qabiliyyətli ali təhsil artıq privilegiya deyil, hərkəs üçün əlyetərli olacaq.

“Təhsil – azadlığa doğru yol” adlı tədbirin təqdimatı milli kitabxanada keçirildi.

Qonaqlara baş nazirlə bərabər parlamentin sədri İrakli Kobaxidze və paytaxtın meri Kaxa Kaladze də müraciət etdilər.