Mamuka Baxtadze - Svetisxoveli gürcü milləti üçün inamın möhkəmliyinin rəmzi idi, rəmzidir və daimə olacaq
Svetisxoveli gürcü milləti üçün inamın möhkəmliyinin rəmzi idi, rəmzidir və daimə olacaq, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Msxetada jurnalistlər ilə söhbəti zamanı bəyan etdi. Baş nazir Svetisxoveli Kafedral Məbədinə ibadət dua mərasiminə getdi.
Mamuka Baxtadze əhalini Svetisxovloba bayrımı münasibəti ilə təbrik etdi.
“Əhalimizi, bütün pravoslavları bu günki gün münasibətilə təbrik etmək istəyirəm. Svetisxoveli gürcü milləti üçün inamın möhkəmliyinin rəmzi idi, rəmzidir və daimə olacaq. Hər kəsi bu günki gün münasibətilə təbrik etmək istəyirəm.
Bildiyiniz kimi, bir sıra tədbir planlaşdırılıb. Msxeta ilə bağlı dövlət çox əhəmiyyətli layihələri həyata keçirir”, – Mamuka Baxtadze bəyan etdi.