Mamuka Baxtadze - Sxinvalidəki və Suxumudəki vətəndaşlarımızı və bütün emiqrantlarımızı Mariamoba bayramı ilə xüsusi ilə təbrik edirəm
“Sxinvalidəki və Suxumudəki vətəndaşlarımızı və bütün emiqrantlarımızı Mariamoba bayramı ilə xüsusi ilə təbrik edirəm”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Sioni kafedral kilsəsində, Mariamoba bayramı ilə bağlı dua mərasimində iştirak etdikdən sonra verdi.
Onun dediyinə görə, Müqəddəs Məryəmə həsr olunan Mariamoba günü hər bir gürcü üçün xüsusi bir gündür.
Mariamoba günü ilə bağlı dua mərasimini Sioni Kafedral kilsəsində Gürcüstanın katolikos-patriarxı İkinci İlia keçirdi.
Dua mərasimində baş nazir digər iqtidar nümayəndələri ilə bərabər iştirak etdi.